Modern.az

"İran ABŞ-la əməkdaşlıq edə bilər" - Cavad Zərif

Aktual

23 Yanvar 2021, 20:56

Tehran ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışı mövzularında əməkdaşlıq edə bilər.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

"Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də sizinlə (ABŞ ilə - red.) əməkdaşlıq etmək üçün heç bir problem görmürük", - deyə C.Zərif bildirib.

 

Onun sözlərinə görə, Fars körfəzindəki xarici qüvvələrin olması təhlükəsizliyə təhdiddir və ABŞ buranı tərk etməlidir.

 

Eyni zamanda XİN rəhbəri bunların "dövlətin deyil, onun şəxsi fikiri" olduğunu qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır