Modern.az

Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı

Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı

Dünya

24 Yanvar 2021, 13:35

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan şaxtaçıların artıq 11-i mədəndən çıxarılıb.

 

Modern.az xəbər verir ki, təxminən 600 metr dərinlikdə qalan şaxtaçıların xilas edilməsi üçün qazılmış quyu vasitəsilə yanvarın 24-də yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 7:00) bir şaxtaçı çıxarılıb. Xilasetmə əməliyyatının davamında daha 10 şaxtaçı xilas edilib. Fiziki cəhətdən xeyli zəifləyən şaxtaçılar dərhal xəstəxanalara yerləşdiriliblər.

 

Hazırda digər şaxtaçıların yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Axtarış-xilasetmə işlərinə 630 nəfər canlı qüvvə, 400-dən çox texnika cəlb olunub.

 

Qeyd edək ki, Çisia şəhərində özəl şirkətlərdən birinə məxsus mədəndə yanvarın 10-da günorta vaxtı partlayış baş verməsi nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilmişdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!