Modern.az

Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu

Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu

Aktual

25 Yanvar 2021, 12:10

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

 

Modern.az xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub: 

 

“Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ Rayon Polis Şöbəsinə göndərilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər