Modern.az

Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI

Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI

25 Yanvar 2021, 12:20

Ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib.

 

R.Kərimovanın sözlərinə görə, doğumu qeydiyyata alınmış körpələrə ən çox verilən qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələk olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir