Arxiv
25 Yanvar 2021, 17:23 | AKTUAL
MEDIA silsilə təbirlərə başladı - Hikmət Hacıyev ustad dərsi verdi

Bu ay ölkə başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini “ADA” Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başla.

Modern.az xəbər verir ki, Universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər. Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib. İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTO 4 mart 2021, 00:50 Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09 "Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı 3 mart 2021, 18:55 Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək 3 mart 2021, 18:46