Modern.az

Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir

Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir

26 Yanvar 2021, 09:22

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.

 

Modern.az xəbər verir ki, dağıntılar altından 1988-cu il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

 

Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

 

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir