Modern.az

Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər

Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər

Aktual

26 Yanvar 2021, 09:28

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, nazirlərin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair müzakirələr aparacağı bildirilir. Bununla yanaşı gündəlikdə İran nüvə proqramı və məsələləri, həmçinin Suriyadakı böhran mövzuları da yer alıb.

 

Qeyd olunub ki, Rusiya və İran XİN başçıları arasında son görüş dörd ay əvvəl, ötən ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada baş tutub.

 

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Moskvaya Bakıdan yola düşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı