Arxiv
27 Yanvar 2021, 18:58 | AKTUAL
Yaponiyanın səfiri ASAN xidmətdə - FOTO

27 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

 

Agentlikdən Modern.az-a bildirilib ki, görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

 

Bildirilib ki, “ASAN xidmət”də bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

 

Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

 

Eyni zamanda görüş zamanı qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Yaponiyanın müvafiq qurumunun da bu təşkilatda təmsil olunmasından məmnunluq qeyd edilib.

 

Səfir dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.

 

Səfir dövlət xidmətlərinin çatdırılması sahəsində Azərbaycan tərəfinin qabaqcıl təcrübəsindən Yaponiyanın da faydalana biləcəyini qeyd etdi.

 

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

 

Səfir “ASAN xidmət” mərkəzi ilə də tanış olub.

 

Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO) - Gallery Image Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO) - Gallery Image Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO) - Gallery Image Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO) - Gallery Image Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
COVAX təşəbbüsü əhəmiyyətini itirir 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərdə tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45 Ermənilərin viran etdiyi Füzulinin Üçbulaq kəndi - VİDEO 2 mart 2021, 18:38 Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb 2 mart 2021, 18:30 Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb 2 mart 2021, 18:22 Dolların məzənnəsi sabit qaldı 2 mart 2021, 18:15 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57