Modern.az

Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb

Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb

28 Yanvar 2021, 12:37

AzQAC tərəfindən Naftalanda xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə qab-qacaq, mətbəx seti və geyim əşyalarından ibarət bağlamalar təqdim olunub.

 

Modern.az xəbər verir ki, bağlamalar İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 100-ə yaxın ailəyə təqdim olunub.

 

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən tədbirlərə  görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi