Arxiv
14 Fevral 2021, 12:48 | PARLAMENT
Milli Məclisdən Senatın ABŞ Prezidentinə ünvanladığı məktubla bağlı BƏYANAT

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanatla çıxış edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cosef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib.

 

Həmin məktuba qol çəkən senatorlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər. Olduqca qərəzli əsasda yazılan məktuba cavab olaraq verilən Bəyanatda deyilir:

 

"2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cosef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik:

 

- Məktuba imza atan ABŞ senatorlarının böyük bir qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmayıblar;

 

-ABŞ senatorlarının əksəriyyəti işğal nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi ilə bağlı heç vaxt öz narahatçılıqlarını ifadə etməyiblər;

 

-ABŞ senatorlarının bir çoxu Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı qətliamları, müharibə cinayətlərini, xüsusilə bu günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımını pisləməyiblər;

 

-Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapıb və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs verib;

 

-Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edib və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edib;

- Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladılmış sülhə məcburetmə əməliyyatı istisnasız olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılıb;

- ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməzdir;

 

-Bu qəbildən olan bəyanat və açıqlamalar Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə xidmət etmir, əksinə, Ermənistanda mövcud olan radikal və revanşist qüvvələri vəziyyəti yenidən gərginləşdirməyə həvəsləndirə bilər;

 

-Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən Türkiyənin senatorlar tərəfindən tənqid olunması ədalətsizlikdir;

 

-İnsan hüquqları mövzusunun getdikcə daha çox siyasiləşdirilməsi ciddi narahatlıq doğurur;

- Senatorların suveren dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir;

- ABŞ Konqresinə qanunsuz olaraq girən etirazçıların “terrorçu” olaraq adlandırıldığı halda, 15 iyul 2016-cı ildə Türkiyədə demokratik yolla seçilmiş hökuməti hərbi yolla devirməyə çalışan bir hərəkatı dəstəkləmək və bu hərəkatı təmsil edən şəxsləri “insan haqları müdafiəçisi” olaraq təqdim etmək qərəzli yanaşmadır;

- Yerləşdiyi regionda çoxsaylı təhdidləri önləmək üçün özünümüdafiə hüququndan istifadə edən, ölkə daxilində və xaricində terrora qarşı mücadilə aparan, tarix boyu müxtəlif etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Türkiyəni hər hansı bir etnik qrupa qarşı mübarizədə günahlandırmaq cəhdləri iflasa məhkumdur;

- Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk;

- ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müharibələrin ən amansızları Azərbaycana qarşı həyata keçirilib   21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45