Arxiv
15 Fevral 2021, 20:15 | İQTİSADİYYAT
37 müəssisəyə Rusiyaya alma ixracına icazə verildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.

 

Həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.

 

Qeyd edək ki, ixracına icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88232 tondur ki, bu da 2020-ci ildə 67 alma istehsalı müəssisəsinin Rusiya Federasiyasına ixrac etdiyi 66924 ton alma məhsulunun 131.8 %-ni təşkil edir.

 

Agentlik alma istehsalı və ixracı ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, hazırda soyuducu anbarlarda alma məhsulu olan sahibkarlar ixrac icazəsi almaq üçün təsərrüfatlarına dair məlumatların Rusiyanın müvafiq qurumuna təqdim olunması məqsədilə Agentliyə müraciət etsinlər. Sahibkarlar bu barədə məlumatları təqdim etmək üçün Agentliyin 1003-Çağrı Mərkəzi və ya (012) 377-00-77 (daxili: 238) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Onu da qeyd edək ki, məhsul ixrac etmək istəyən alma istehsalı müəssisələri ixrac sertifikatlaşması prosesini həyata keçirmək üçün ixracdan üç gün əvvəl AQTA-nın regional bölmələrinə müraciət etməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müharibələrin ən amansızları Azərbaycana qarşı həyata keçirilib   21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45