Modern.az

Qafqaz Müsəlmanları İdarəsindən “Sinovac” vaksininə “YAŞIL İŞIQ”

Qafqaz Müsəlmanları İdarəsindən “Sinovac” vaksininə “YAŞIL İŞIQ”

Mədəni̇yyət

16 Fevral 2021, 16:32

“İnsan öz sağlamlığı üçün bütün vasitələrə müraciət etməlidir. Əgər vaksin bizi sürətlə yayılan koronavirus pandemiyasından qoruyacaqsa, əlbəttə, vurdurmalıyıq”.

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a vaksinin dini nöqteyi-nəzərdən necə qarşılandığı haqqında danışarkən deyib. QMİ rəsmisi Azərbaycanda kütləvi peyvəndləmə üçün istifadə olunan “Sinovac” vaksini ilə bağlı heç bir məhdudiyyətin olmadığını bildirib.

 

“İslam dinində insanların özlərini qorumaq üçün bütün vasitələrə müraciət etməli olduğu göstərilib. İnsanı hansısa xəstəlik narahat edirsə, ondan qorunmaq vacibdir. Ona görə də koronavirus pandemiyasından qorunmaq səbəbi ilə vaksindən istifadə etmək məqsədəuyğundur. Dinimiz də insan sağlamlığına önəm verdiyinə görə, vaksinlərdən istifadəni məqbul və vacib hesab edir. Əgər insan yayılan bəladan vaksinin onu qoruyacağına tam əmindirsə, mütləq istifadə etməlidir”.

 

Hacı Şahin Çin istehsalı olan “Sinovac” vaksinin hazırlanmasında donuz komponentlərindən istifadə olunduğu barədə iddiaları da təkzib edib:

“Elmi tərəfdən bu fikirlər təsdiq olunmayıb. Ona görə də həmin fikirləri əsassız hesab edirəm”.

 

Din xadimi özünün də vaksin vurduracağını qeyd edib:

“Hələ ki, peyvənd olunmamışam. Amma, inşallah, vurduracam”.

 

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır