Arxiv
22 Fevral 2021, 18:15 | DİASPOR
Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə "Xocalı faciəsi: ürəklərdə sağalmayan yara" mövzusunda videokonfrans keçirilib.

 

Komitədən Modern.az-a bildirilib ki, tədbirdə Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Azərbaycanın Rus İcması (ARİ) sədrinin müavini Anastasiya Lavrina, Xocalı sakini Anar Abdulov, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov,  Azərbaycan–Rus Gənclər Birliyinin idarə heyətinin üzvü Regina Kovaleva və başqaları iştirak ediblər.

 

Tədbirin moderatoru, ADG-nin Rusiya üzrə koordinatoru İlahə Ələkbərova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdikləri barədə ətraflı məlumat verib. 

 

Xocalı sakini Anar Abdulov həmin dəhşətli gecə şahidi olduğu qanlı hadisələrdən danışıb. Onun sözlərinə görə, erməni faşistləri qırğını törətməklə xalqımızın iradəsini sındırmaq, gözünü qorxutmaq məqsədi güdsələr də, buna nail ola bilmədilər: 

 

"Bu ağrını hər zaman xatırladıq və daha da gücləndik. Bu cinayət onu törədənlərin insani dəyərlərdən uzaq olduğunu ortaya qoydu, çünki müdafiəsiz qalan qadınların, qocaların və məsum uşaqların soyuqqanlı və amansız şəkildə öldürülməsinə heç cür haqq qazandırmaq olmaz".

 

Tədbirdə çıxış edən S.Qarnik, A.Lavrina, E.Manafov və R.Kovaleva bildiriblər ki, Xocalı soyqırımı azərbaycanlıları qorxutmaq, mülki əhalinin evlərini tərk etmələri üçün qəsdən törədilmiş cinayət aktı olub. Onlar hər il 26 fevral tarixinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində azərbaycanlılarla yanaşı qeyri-insani münasibəti qəbul etməyən xeyirxah insanlar tərəfindən də yad edildiyini, Azərbaycandakı rus gənclərinin öz həmvətənləri ilə birlikdə anım mərasiminə qatıldıqlarını, azərbaycanlılara yaşadılan vəhşətin izlərinin yaddaşlardan heç zaman silinməyəcəyini vurğulayıblar.

 

"Əlimizdəki rəqəmlər də dəhşətlidir. Cinayətkarlar cəzalandırılana qədər hamımız özümüzü xocalılı hesab etməliyik və dünya ictimaiyyəti tərəfindən Xocalıda törədilən soyqırımın tanınmasına nail olmalıyıq", - deyə Lavrina söyləyib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00