Arxiv
23 Fevral 2021, 11:51 | AKTUAL
Meksika ilə parlamentlərarası əlaqələrimiz genişlənir

 

Fevralın 22-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. 

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əliyeva ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 29 ildə formalaşan dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan və Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair imzalanmış Sazişin mühüm əhəmiyyətindən danışıb. Xocalı soyqırımını tanıyan Meksika Senatına bir daha minnətdarlığımızı bildirib. Qeyd edib ki, Azərbaycanın ən ağrılı probleminə obyektiv münasibət bəsləyən dost Meksika erməni təcavüzünün qabardığı bütün məqamlarda haqqa və ədalətə sadiq qalıb, keçən yay  Tovuz istiqmətində təxribat törədiləndə, Vətən müharibəsi günlərində Gəncə, Bərdə, Tərtər şəhərlərinin mülki əhalisi bombardmana məruz qalanda Azərbaycanın yanında olub, beynəlxalq hüququ dəstəkləyib. 

 

İşçi qrupun rəhbəri meksikalı həmkarlarına çağırış edərək gələn il 30-cu ildönümü tamam olan Xocalı soyqırımının dünya miqyasında tanıdılması və ədalətli qiymətini alması üçün dəstək verməyə səsləyib.

 

Videokonfransda Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio Azərbaycanla dostluğu yüksək qiymətləndirdiklərini bildirib. Hazırkı görüşü ikitərəfli münasibətlərin gücləndirilməsində yaxşı imkan kimi dəyərləndirib. Meksika-Azərbaycan əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğunu vurğulayıb. 

 

Aqustin Qarsiya Rubio Xocalı soyqırımı ilə əlaqədar kədərli olduqlarını bildirib, Meksikada hər il anma mərasimləri keçirildiyini diqqətə çatdırıb. Deyib ki, bir daha belə soyqırımların baş verməməsi üçün bütün bəşəriyyət səfərbər olmalıdır. Azərbaycanın 2020-ci ildə yenidən Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdığını qeyd edərək, əks-hücum əməliyyatının Azərbaycanın qələbəsi ilə başa çatmasından məmnunluqlarını ifadə edib və xalqımıza Zəfər təbriklərini çatdırıb. Bildirib ki, Meksika qardaş və dost ölkə olaraq daim Azərbaycanın yanındadır.

 

Videokonfransda ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib. Sonra Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresin təqdimatında Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafını diaqramlar və rəngli slaydlarla əks etdirən videoçarx nümayiş olunub. 

 

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sabir Rüstəmxanlı, Ülviyyə Həmzəyeva və İltizam Yusifov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması ilə bağlı görülməli işlərə dair fikirlərini bölüşüblər. Qarabağda bərpa və yenidənqurma işlərinin başlandığı, bu sahədə bütün ölkələrlə əməkdaşlığa açıq olduğumuz bildirilib.

 

Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun üzvü Fransisko Xavyer Quzman De La Torre aqrar sənayedə əməkdaşlıq imkanlarından danışıb. 

 

Çıxışlarda parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, görüşlərin və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

 

Videokonfransda Meksika Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun bir sıra üzvləri iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Consonla müzakirələr apardı 8 mart 2021, 20:15 Teledərslərin sabaha olan CƏDVƏLİ 8 mart 2021, 20:01 İndoneziyada 5.5 bal gücündə zəlzələ olub 8 mart 2021, 19:11 Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21