Modern.az

Bu qaydanın təkrar pozulmasına görə cərimə LƏĞV EDİLİR

Bu qaydanın təkrar pozulmasına görə cərimə LƏĞV EDİLİR

23 Fevral 2021, 12:42

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilir.


Modern.az
-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.


Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.


346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.


***

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik də müzakirəyə çıxarılıb.


Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.


Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.


Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir