Modern.az

Vətən müharibəsi iştirakçısı İNTİHAR ETDİ

Vətən müharibəsi iştirakçısı İNTİHAR ETDİ

Hadisə

24 Fevral 2021, 00:05

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.

 

Modern.az xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

 


Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

 

Yardımlı rayon Polis Şöbəsindən "unikal.org"a faktı təsdiqləyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!