Arxiv
24 Fevral 2021, 16:44 | DİASPOR
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə "Azərbaycan və Polşa xalqlarının faciəli tarixi (Holokost və Xocalı)" mövzusunda videokonfrans keçirilib.

 

Modern.az xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Varşava Universiteti, Polşa–Şərq Əməkdaşlıq Birliyinin Elmi Şurasının katibi Dr.Pavel Stavarts, Universitetin Türkologiya fakultəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova, Universitetin tələbəsi Mariya Yaqodzinskaya, Azərbaycan–Polşa icmasının sədri Olqa Yurzanina, təşkilatın həmsədri Telman Hüseynov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu, Varşavanın Vistula Universitetində təhsil alan tələbə Əli Aydınzadə və başqaları iştirak ediblər.

 

Tədbirə moderatorluq edən ADG-nin Polşa üzrə koordinatoru və Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Xocalı şəhərinə hücum etməsi və dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsi barədə ətraflı məlumat verib.

 

Xocalı sakini Şamil Sabiroğlu həmin gecə şahidi olduğu qanlı hadisələrdən danışarkən, erməni terrorçularının yaşlıya, qadına, körpəyə belə aman vermədiklərinə, görünməmiş amansızlıq və qəddarlıqla dinc sakinləri qətlə yetirdiklərinə diqqəti cəlb edib.

 

Tədbirdə P.Stavarts, M.Yaqodzinskaya, N.Axundova, T.Hüseynov və O.Yurzanına çıxış ediblər. Onlar Holokost və Xocalı soyqırımları zamanı törədilmiş cinayətlərin xüsusiyyətlərindən, oxşar cəhətlərindən bəhs ediblər. Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün hər bir ölkənin bu faciəyə siyasi-hüquqi qiymət verməsinin və cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacib olduğu nəzərə çatdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45 Rusiya ilə üz-üzə qalan Azərbaycanın geriyə yolu yoxdur... 21 Aprel 2021, 08:40