Modern.az

Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı

Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı

24 Fevral 2021, 19:55

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

 

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi