Modern.az

Messi dubl etdi, “Barselona” qazandı

Messi dubl etdi, “Barselona” qazandı

25 Fevral 2021, 00:00

Fevralın 24-də İspaniya La Liqasının birinci turunun təxirə salınmış “Barselona” – “Elçe” matçı keçirilib.

 

Modern.az xəbər verir ki, qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qolların ikisini Lionel Messi (48, 68), birini isə Jordi Alba (73) rəqib qapısından keçirib.

 

Bu nəticə ilə xallarını 50-yə çatdıran "Barselona" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Elçe" isə 19-cu pillədə qalıb.

 

Qeyd edək ki, "Elçe" sonuncu dəfə 1978-ci ildə "Barselona"ya qarşı qol vurmağı bacarıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir