Arxiv
25 Fevral 2021, 10:32 | DİASPOR
"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi

Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda videokonfrans keçirərək, gerçək tarixi faktları müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycan və Türkiyə alimləri və 30-a yaxın ölkədən 100-dən çox fəal diaspor gənci iştirak edib. 

 

Tədbir hər iki ölkənin  ərazi bütövlüyü uğrunda şəhid olanların və  soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri 44 günlük Vətən muharibəsində Azərbaycanin yanında olan, ölkəmizə böyük mənəvi dəstək göstərən Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib, iki qardaş xalqın diasporları  arasında əməkdaslıgın  güçləndirilməsinin əhəmiyyətini vurgulayıb. Qeyd olunub ki, 2018-ci ildə "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum"u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni çoğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır. Xocalı soyqırımının 29-cu ilində təşkil edilən konfrans da bu qəbildəndir. Əsrlər boyu Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları, uydurma ittihamlar irəli sürən, uzun illər ərzində xalqımıza qarşı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti həyata keçirən, 29 il öncə Xocalı soyqırımını törədən erməni millətciliyinə qarşı mübarizədə dövlətlərimiz və  xalqlarımız daim ön sıralarda və bir-birinin yanindadır.

 

1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını erməni milliyyətçilərinin Azərbaycan və Türkiyə türklərinə qarşı təcavüzkar siyasətinin bariz nümunəsi kimi dəyərləndirən Abdullah Eren gənclərimizin bu məkrli planlardan məlumatlı olmasının önəmini vurğulayıb. Bu mənada belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və Türkiyə diaspor gənclərinin ümumi düşmənə qarşı birlikdə mübarizə aparacağına əminliyini ifadə edib.

 

Sonra Dr.Mustafa Palabıyıkın "1915-ci il hadisələrini anlamaq" və tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "1992-ci il Xocalı soyqırımını anlamaq" mövzularında məruzələri dinlənilib. Tarixçi alimlər 1915-ci il hadisələrinə və Xocalı soyqırımına aparan tarixi-siyasi proseslərə diqqəti cəlb ediblər. Bildirilib ki, müasir tariximizdə Xocalı kimi dəhşətli soyqırımı törədən ermənilərin 1915-ci illə bağlı uydurma iddiasına beynəlxalq hüquq çərçivəsində yanaşılması daha məqsədəuyğundur. 

 

İki qurum arasında qarşılıqlı, faydalı əməkdaşlığa toxunan Abdullah Eren xüsusilə 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş Azərbaycana bütün səviyyələrdə mənəvi dəstək verdiyini, o cümlədən də Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığını vurğulayıb.

 

Dövlət Komitəsinin sədri hələ də hüquqi qiymət verilməyən Xocalı soyqırımı ilə bağlı dünyanın 50-dən çox ölkəsində müxtəlif məlumatlandırma kampaniyasının aparıldığını, yerli parlamentlərə müraciətlər, sosial şəbəkələrdə aksiyalar həyata keçirildiyini iştirakçılara çatdırıb. O, bu kampaniyalarda aktiv iştirakına görə diaspor gənclərinə təşəkkür edib və onları bu istiqamətdə daha fəal olmağa çağırıb.

 

Görüş Azərbaycan və Türkiyə diaspor gənclərinin suallarının cavablandırılması ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08