Modern.az

“Belə çıxır ki, zəngin ölkələr vaksin olunacaq, kasıb ölkələr əziyyət çəkəcək? Bəs ədalət hanı?”

“Belə çıxır ki, zəngin ölkələr vaksin olunacaq, kasıb ölkələr əziyyət çəkəcək? Bəs ədalət hanı?”

Hadisə

26 Fevral 2021, 11:30

“Pandemiya başlayandan hər şey nəzarətdə saxlanılır. Azərbaycanda tətbiq edilən karantin rejimləri kifayət qədər effektli oldu”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

Ölkə başçısı bildirib ki, ümumilikdə Azərbaycanda 200 mindən çox şəxs koronavirusa yoluxub, aktiv xəstə sayı 2 minə yaxındır.:

 

“Pandemiya başlayanda görülən qabaqlayıcı tədbirlər öz effektini verdi. Bizim xəstəxanlarda kifayət qədər boş çarpayı ehtiyatımız var. Biz vaksinasiyaya başlayan ilk ölkələrdənik”.

 

Prezident vaksinlərin dünya ölkələri arasında qeyri-bərabər paylanmasına diqqət çəkib:

 

“Təəssüf ki, vaksinlərin dünya üzrə paylanmasında ciddi problemlər müşahidə edilir, müəyyən ölkələrə hələ də vaksin çatmır.  Kanada kimi bəzi ölkələr lazımından daha çox vaksin alıblar, amma bəzi kasıb ölkələr var ki, onlara vaksin çatmır. Əgər biz vaxtında müqavilə bağalamasaydıq, yəqin ki, bizdə də çətinlik olacaqdı. Bu, ədalətsizlikdir. Belə çıxır ki, zəngin ölkələr vaksin olunacaq, kasıb ölkələr əziyyət çəkəcəklər? Bəs ədalət hanı?”

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır