Modern.az

Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI

Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI

Dünya

27 Fevral 2021, 18:02

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı təsdiqləməyib.

 

Modern.az xəbər verir ki, sənədi baş nazir Nikol Paşinyana geri qaytarıb.

 

XXX

 

Ermənistan müxalifəti prezident Armen Sarkisyana saat 18:00-a qədər vaxt verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu saata qədər Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazir Nikol Paşinyanın qərarını rədd etməlidir. Prezidentin qərara imza ataraq onu təsdiqləməsi halında, müxalifət ordunun qərara tabe olmamasını dəstəkləyəcəyini söyləyib.

 

Parlament binası qarşısında toplaşan müxalifət fəalları hüquq-mühafizə orqanlarını etirazlara qoşulmağa çağırıb. Hazırda paytaxt Yerevanda etiraz aksiyaları davam edir. Yaxın vaxtlarda prezident Armen Sarksiyanın Baş Qərargah rəisi ilə bağlı yekun qərar verməsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü