Modern.az

Yunanlar xəzinə axtarışına çıxdı

Yunanlar xəzinə axtarışına çıxdı

28 Fevral 2021, 17:51

İqtisadi böhranla mübarizə aparan Yunanıstanın Osmanlı imperiyasına aid 500 milyon dollar dəyərində olduğu təxmin edilən xəzinələri axtarmağa başladığı ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, son iki ildə Yunanıstanda 2440-dan çox axtarış cihazı satıldığı, Afina hökumətinin eyni dövrdə 126 xəzinə axtarış lisenziyası verdiyi məlum olub.

 

Digər tərəfdən, Kiato şəhərinin sakinləri 1800-cü il tarixli Osmanlı sənədlərini əsas götürdükləri məlumata görə, bölgədə imperiyaya aid 500 milyon dollar dəyərində xəzinənin olduğunu bildiriblər. Əhali arasında səsləndirilən digər bir Osmanlı xəzinəsi isə imperatorluğun son illərində Peloponnesdə ən zəngin sayılan Kamil bəyin xəzinəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı