Modern.az

Samuxda iki nəfər bıçaqlandı

Samuxda iki nəfər bıçaqlandı

Aktual

28 Fevral 2021, 22:28

Samuxda 2 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

 

Hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

***

Samux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

 

Samux rayon sakinləri, 37 yaşlı Elçin Məmmədov və 45 yaşlı Eldəniz Həsənov mübahisə zəminində bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?