Modern.az

Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi

Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi

1 Mart 2021, 00:24

Ermənistan Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərindən ibarət xüsusi bir qrupun ölkəyə sızması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bazar günü "LIVEnews.am" internet resursu Türkiyədən 13 nəfərlik xüsusi bir qrupun Gürcüstan-Ermənistan sərhədini keçdiyini iddia edib. Qrupa üçüncü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxil olduğu qeyd edilib. İddiaya görə, qrup "Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın və digər əsas generalların aradan qaldırılması prosesində birbaşa iştirak edəcək".

 

"Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin xüsusi bir qrup nümayəndələrinin Ermənistana girməsi ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya boyun əyməməyə, sayıq olmağa, yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırırıq", - deyə Milli Təhlükəsizlik Xidmətinin vebsaytındakı açıqlamada deyilir.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı