Modern.az

3300-dən artıq məhkumun cəza müddəti azaldılıb

3300-dən artıq məhkumun cəza müddəti azaldılıb

Aktual

1 Mart 2021, 16:07

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası üzrə tədbirlər davam etdirilir.

 

Məhkəmə-hüquq Şurasından Modern.az-a verilən məlumata görə, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib:

 

“35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Ötən il həmçinin yeni kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb, həmin məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilib. Kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyəsi təsbit olunub. Əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artıb, iddiaların 94%-i təmin olunub, qərarların sabitliyinin göstəricisi 96% təşkil edib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?