Modern.az

Formula 1 Azərbaycan Qran Prisinin vaxtı daha 1 il uzadılır

Formula 1 Azərbaycan Qran Prisinin vaxtı daha 1 il uzadılır

2 Mart 2021, 12:36

Formula 1 Azərbaycan Qran Prisi 2024-cü ilə qədər davam edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

 

Qeyd edək ki, Bakıda Formula 1 yarışının 2020-ci ilədək keçirilməsini nəzərdə tutan müqavilə daha 3 il uzadılaraq 2023-cü ilə qədər keçirilməsi qərara alınıb. Lakin ötən il pandemiya səbəbindən yarış keçirilmədiyinə görə, Azərbaycan Qran Prisi 2024-cü ildə də davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir