Arxiv
2 mart 2021, 17:12 | AKTUAL
"Quş qripi"nin Azərbaycanda yayılma riski artıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvar ayından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb. Respublikamızın ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA tərəfindən zəruri tədbirlər həyata keçirilib, eyni zamanda əhaliyə diqqətli olmaq, ölmüş və ya şübhəli quş cəsədləri gördükdə bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə məlumat vermələri ilə bağlı dəfələrlə müraciət olunub.

 

AQTA-dan Modern.az-a bildirilib ki, bununla bağlı olaraq vətəndaşlar tərəfindən bu sahədə aktivlik nümayiş etdirilib və Agentliyə müxtəlif regionlarda, o cümlədən Bakı şəhəri ərazisində çöl və vəhşi quşların (qarğa, göyərçin, sərçə və s.) ölümü ilə əlaqədar müraciətlər daxil olub. Müraciət daxil olduqdan dərhal sonra AQTA və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən sözügedən ərazilərə baxış keçirilib. Quş cəsədlərindən götürülən nümunələr AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib və quşların ölümünün müxtəlif səbəblərdən (havaların kəskin soyuması, fizioloji ölüm, qarışıq infeksiyalar və s.) baş verdiyi müəyyən edilib.

 

Çöl və vəhşi quşların ölüm səbəbləri arasında qarışıq infeksiyaların olması, həmçinin hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyinin yayılmasını nəzərə alaraq, AQTA növbəti dəfə əhalini diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat verməyə çağırır.

 

Bildirilir ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırıb. Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:

 

- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05