Modern.az

90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub”

90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub”

Dünya

2 Mart 2021, 17:43

SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov mərhum həyat yoldaşı Raisa Qorbaçovadan danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, həyat yoldaşı ilə rəqs meydanında tanış olduğunu xatırlayıb.

“Raisa Maksimovna ilə rəqs meydanında tanış olduq. İlk olaraq, bir-birimizə maraqlı olmadığımızı nümayiş etdirirdik. Amma zaman keçdikcə, yenidən görüşmək istəyirdik. Bir dəfə görüşərək qərar verdik ki, ömrümüzün sonuna qədər birgə yaşayaq”.

 

Mixail Qorbaçov həyatına ikinci böyük sevginin 1970-ci ildə gəldiyini bildirib.

“1970-ci ildə məni Diyar Partiya Komitəsinin 1-ci katibi seçkilər. İlk sevgim və əsas sevgim məlumdur, həyat yoldaşımı sonuna qədər sevmişəm.  İkinci sevgim isə siyasət idi. Siyasət də çox maraqlı xanım idi”- deyə Qorbaçov əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir