Modern.az

Bakıda iki maşın toqquşdu - xəsarət alan var

Bakıda iki maşın toqquşdu - xəsarət alan var

4 Mart 2021, 00:08

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Heydər Əliyev prospektində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Səlimov Elman Vahid oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi