Arxiv
4 mart 2021, 15:07 | MƏDƏNİYYƏT
Bu davranış dövlətin dil quruculuğu siyasətinə ziddir

Qulu Məhərrəmli

Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə “Feysbuk”da yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma PROBLEMI HƏLL ETMƏDI. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış (dediklərinə görə, pandemiya səbəbindən!?) xəttin şəhər nömrəsini (5380637) tez-tələsik əlaqə telefonu kimi işə salıb, amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər.

Sadəcə, bir adam ayırıblar ki, iş saatlarında dədə-baba qaydası ilə zənglərə cavab versin. Lakin saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir. Daha bunun nəyi “Qaynar xətt” oldu? Bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə YANLIŞ MƏLUMAT da verir. İki gün əvvəl qurumun saytı Dilçilik İnstitutna istinadən belə bir məlumat yayıb ki, “Qaynar xətt"in fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “Qaynar xətt” anlayışından xəbərsizdirlər ya da Ana dilinə gerçək münasibətləri elə budur.

Xatırladıram ki, bütün dünyada, xüsusən dil qurumları olan ölkələrdə “Qaynar xətt” müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir. Ona görə bizdə də Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda xüsusi maddə (6.1.5) ilə Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması VACİB hesab olunub. Və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək, istifadəyə verilib.

Təəssüf ki, indi bu işə cavbdeh olan İsa Həbibbəyli və Möhsün Nağısoylu kimi kal akademiklər ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər. Bir aydan çoxdur ki, problemin ictimailəşməsinə baxmayaraq, bu adamlar elektron sistem kimi “Qaynar xətti”in bərpası üçün heç bir addım atmayıblar, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar. Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Ona görə də belə hesab edirəm ki, “Qaynar xətt”in serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məhz İ.Həbibbəyli və M.Nağısoylu kimilərinin məsuliyyətsizliyinin nəticəsi, onların Ana dilinə qəsdidir.

Heç nə yarada bilməyənlərin mövcud olanları rahatlıqla dağıtması bir dərddir, onların cəzasız qalması isə tamam başqa dərddir!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03 Ötən gün 17 nəfər aktiv koronavirus xəstəsi  saxlanıldı 15 Aprel 2021, 10:00 Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi - VİDEO 15 Aprel 2021, 09:58 Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ 15 Aprel 2021, 09:53 Kriminal avtoritet Əli Heydərovun qatili bacısını da öldürüb, yeznəsinin qulağını kəsib 15 Aprel 2021, 09:50 Azərbaycanın qələbəsi regional əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirib 15 Aprel 2021, 09:44 Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib 15 Aprel 2021, 09:38 Nazirlik texniki baxışla bağlı “qaynar xətt” yaratdı 15 Aprel 2021, 09:32 Neftin qiyməti 66 dolları ötdü 15 Aprel 2021, 09:26 Bakıda yenə tıxac yarandı - FOTOLAR 15 Aprel 2021, 09:20 Serj Sarkisyanın “təhlükəsizlik naziri” koronavirusdan öldü 15 Aprel 2021, 09:14 Azərbaycanda istilik sisteminin təchizatı DAYANDIRILDI 15 Aprel 2021, 09:10 Yevlaxda cücə sexi yandı - ölən var 15 Aprel 2021, 09:05