Modern.az

Kolleclərə tələbə qəbulu qaydası dəyişdi

Kolleclərə tələbə qəbulu qaydası dəyişdi

Təhsil

4 Mart 2021, 17:33

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb. 

Modern.az xəbər verir ki, qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçiriləcək.

Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim ediləcək. Bu mərhələdə 2 abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!