Modern.az

YAP-da DƏYİŞİKLİK - Bu deputatlar İdarə Heyətinə seçildilər

YAP-da DƏYİŞİKLİK - Bu deputatlar İdarə Heyətinə seçildilər

Parlament

5 Mart 2021, 13:17

“Partiyanın üzvlərinin sayı artıb. 6 partiya YAP-a qoşulmaq üçün müraciət edib. Eyni zamanda, onlar da bizim partiyamıza gələcəklər və sayımız daha artacaq».

Bu fikirləri Modern.az-a Yeni Azərbaycan Partiyasının başa çatan qurultayı barədə danışarkən Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

YAP-çı deputat qurultaydakı yeniliklıərdən də söz açıb:

 

“YAP-ın Siyasi Şurası ləğv edilib. İdarə Heyətində üzvlərin sayı artmalı idi. Daha gənc və perspektivli şəxslər gəlməli idi. Bu da oldu. Azər Badamov, Cavid Osmanov, Tahir Mirkişili, Musa Quliyev, Ramin Məmmədov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Hikmət Babaoğlu kimi deputatlar İdarə Heyətinə seçildilər. Eldar İbrahimov, Əli Əhmədov və Arif Rəhimzadə də İdarə Heyətində qaldı. İdarə Heyətinin əksəriyyəti gənclərdir. Məlahət İbrahimqızı Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə düşüb. YAP rayon təşkilat sədrləri yerindədir. Siyavuş Novruzovun yerinə təyinat olmadı». 

Qeyd edək ki, YAP-ın İdarə Heyətində təmsil olunan deputatların tam siyahısı aşağıdakı kimidir:

 

Tahir Mirkişili, Cavid Osmanov, Sadiq Qurbanov, Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Azər Badamov, Şahin İsmayılov, Ramin Məmmədov, Kamal Cəfərov, Eldar İbrahimov, Mixail Zabelin, Vasif Talıbov, Anar İsgəndərov, Rauf Əliyev, Musa Quliyev, Rəşad Mahmudov, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva.

 

Ümumilikdə, YAP-ın yeni İdarə Heyətinin üzvləri aşağıdakılardır:

 

- İlham Əliyev, Mehriban Əliyeva, Vasif Talıbov, Arif Rəhimzadə, Eldar İbrahimov, Mixail Zabelin, Amin İsmayılov, Əli Əhmədov, Mübariz Qurbanlı, Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Bahar Muradova, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!