Arxiv
5 mart 2021, 20:41 | AKTUAL
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir".

 

Modern.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.

 

Dövlətimizin başçısı deyib: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.

 

Prezident qeyd edib ki, birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacaq. “Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, üç ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”, - deyə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42