Modern.az

Komitə sədri mədəniyyət nümayəndələri və QHT rəhbərləri ilə görüşdü - FOTO

Komitə sədri mədəniyyət nümayəndələri və QHT rəhbərləri ilə görüşdü - FOTO

Aktual

6 Mart 2021, 21:56

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış mədəniyyət, incəsənət xadimləri və bir qrup istedadlı yaradıcı gənclə görüşüb.

 

Əməkdar artist, tanınmış ud ifaçısı Yasəf Eyvazov, Əməkdart artistlər Mirnazim və Toğrul Əsədullayevlər, Əməkdar artist Sahibə Əhmədova, tanınmış aktyor Fikrət Məmmədov, istedadlı gənc skripkaçı Canel Nəcəfli, Avstriyanın Linz şəhərindəki nüfuzlu Anton Brükner adına Konservatoriyasının "İfaçılıq" (Fortepiano) ixtisası üzrə təhsil alan Ayan Məmmədova, istedadlı gənc rəssam Surə Seyidova, Biləsuvar Dövlət Rəsm Galereyasının rəhbəri Rövşən Cənnətovla görüşlərdə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Nizami İli" elan edilmiş 2021-ci il içərisində görüləcək işlərin, eləcə də, Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsinin, "Xarıbülbül" festivalı və "Vaqif Poeziya Günləri"nin bərpasının mədəniyyət, incəsənət xadimlərinin, yaradıcı gənclərin üzərinə qoyduğu mənəvi məsuliyyətdən danışılıb.

 

Komitə sədri tanınmış mədəniyyət, incəsənət xadimlərinin, istedadlı yaradıcı gənclərin müxtəlif məzmunlu qayğıları ilə tanış olub, təkliflərini dinləyib.

 

Mədəniyyət, incəsənət xadimləri, yaradıcı gənclər səmimi görüş və geniş fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib, xatirə hədiyyələri təqdim olunub. 

 

Komitə sədri həmçinin  Xalq rəssamları Arif Hüseynov, Ağəli İbrahimov, Sirus Mirzəzadənin ev muzeylərini ziyarət edib və geniş fikir mübadiləsi aparılıb.

 

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva bir qrup hərbi yönümlü QHT rəhbəri ilə də görüşüb.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Biriyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına inkişaf fondunun sədri Ədalət Məhərrəmov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu ilə görüşdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb. 

 

Komitə sədri hərbi yönümlü QHT-lərin Vətən müharibəsi vaxtı və sonrakı dövrdə təqdirəlayiq fəaliyyətini minnətdarlıqla qeyd edərək təşkilat rəhbərlərinə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb. 

 

Hərbi yönümlü QHT rəhbərləri də öz növbələrində Q.Paşayevaya öz təşkilatları adından fəxri fərman və plaketlər təqdim ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı