Modern.az

İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma

İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma

7 Mart 2021, 17:43

Bir qrup aktivistlər və siyasi fəallar parlamentin önündən Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Etirazçılar iqamətgaha gedən yolda divara "Qatillər" yazmaq istəyib polis isə buna icazə verməyib, bundan sonra polislə etirazçılar arasında sözlü və fiziki qarşıdurma yaşanıb. Etirazçılar həmçinin Bidzina İvanişvilinin iqamətgahının önünə taxta kukla gətirərək, Qaribaşvilini İvanişvilinin kuklası adlandırıblar.

 

Xatırladaq ki, etirazçıların tələbləri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Onlar həmçinin TV Pirveli tərəfindən yayımlanan səs yazılarında iştirak edənlərə qarşı qanuni əməliyyat keçirilməsini və baş nazirin istefasını tələb ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi