Modern.az

ÜST koronavirusla bağlı son statistikanı açıqladı

ÜST koronavirusla bağlı son statistikanı açıqladı

Aktual

8 Mart 2021, 01:00

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Məlumata əsasən, ötən sutka ərzində 478 min 614 nəfər yeni koronavirusa yoluxub, 10 min 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 milyon 135 min 492, ölənlərin isə 2 milyon 581 min 976 nəfərə çatıb.

 

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu