Modern.az

Fikrət Əmirovun məşhur baleti 20 milyon izləyicisi olan Mariinski TV-də

Fikrət Əmirovun məşhur baleti 20 milyon izləyicisi olan Mariinski TV-də

25 Mart 2021, 15:49

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə “ baletinin Mariinski Teatrı tərəfindən video versiyası üzərində tamamlama işləri yekunlaşıb.

Modern.az xəbər verir ki, 20 milyon izləyicisi olan Mariinski TV platformasında nümayişi planlaşdırılan balet bu ilin 15-17 yanvar tarixlərində Marilinski Teatrının yeni səhnəsində ifa olunanda lentə alınıb. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.

 “1001 gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri Eldar Əliyev (ABŞ),  quruluşçu-rəssam -  Petr Okunev (Rusiya),  işıq üzrə rəssam – Sergey Martınov (Rusiya) və videorəssam – Vadim Dulenkodur (Rusiya). Tamaşanın ideya müəllifi və rəhbəri Mariinski Teatrının direktoru və bədii rəhbəri, dünya şöhrətli dirijor Valeri Gergiev olub.

Maestro Valery Gergiev yanvarda Mariinski teatrının Primorski səhnəsinin  qastrol səfəri zamanı “1001 gecə” baletini izləyərək ona yüksək qiymət vermiş və onu teatrın repertuarına daxil etməyi təklif edib. 

Qeyd etmək lazımdır ki, Mariinski teatrı Rusiya və dünyanın ən möhtəşəm sənət məbədlərindən biridir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür