Arxiv
1 Aprel 2021, 10:00 | HADİSƏ
Cəmil Həsənlinin qızı intim video ilə bağlı sensasion açıqlama yaydı: “Gözümü açanda...” - FOTOLAR

Bir neçə gün öncə internet şəbəkəsində intim videosu yayılan Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sensasion açıqlama yayıb.

Modern.az xəbər verir ki, G.Həsənli əvvəlcə bunları qeyd edib: 

“Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram...".

G.Həsənli bildirib ki, o, ustalıqla qurulmuş geniş bir əməliyyatın qurbanı olub. 

G.Həsənlinin sözlərinə görə, hələ 10 il öncə həyat yoldaşından ayrılıb və yetkinlik yaşına çatmış iki övladı var: 

“38 yaşım var, 10 il öncə həyat yoldaşımdan ayrılmışam, yetkinlik yaşına çatmış iki övladım var. Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.

  Özünü mənə iş adamı Mahir kimi təqdim edən 20.02.1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda 5 fevral tarixində, "Günaydın" restoranında görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım. Fevral ayının 14-ü yenə "Günaydın" restoranında Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.

Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. 18 mart tarixində Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən "Qaynana" restoranına apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər.

Səhərisi gün, 19 mart tarixində Mahir WhatsApp üzərindən məni dayısı ilə tanış edəcəyini yazdı. Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.

22 mart 2021-ci il tarixdə Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.

Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəlməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam.

Kəskin baş ağrılarımın davam etməsinə baxmayaraq səhərisi özümdə güc tapıb Mahirlə "Jasmin" restoranında görüşdüm və dünən niyə bu vəziyyətə düşdüyümün səbəbini soruşdum, amma dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı və Gallery-yə daxil oldu. Mən o zaman telefonumdakı şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta WhatsApp yazışmalarını sildiyini gördüm.

23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım. Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam.

Mənim təmiz niyyətlə ailə qurmaq, yuva sahibi olmaq istəyimdən belə çirkli və iyrənc üsullarla sui-istifadə etməyin yeganə məqsədi atam Cəmil Həsənlini nüfuzdan salmaq, onun siyasi fəaliyyətinə gölgə düşürməkdir və mənə ən çox əzab verən də budur. Bildirirəm ki, atam iki ilə yaxındır ABŞ və Böyük Britaniyada elmi ezamiyyətdədir və onun mənim şəxsi həyatımda bu yaşadıqlarımla bağlı heç bir bilgisi olmayıb”.


Xatırladaq ki, bir neçə gün öncə internet şəbəkəsində Milli Şuranın sədri, pofessor Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim videogörüntü paylaşılıb. 

Sosial şəbəkələrdə bu paylaşıma kəskin və reaksiyalar verilib.

Cəmil Həsənli mətbuata qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.


Günel Həsənli bundan öncəki açıqlamasında yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirmişdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00