Modern.az

ABŞ Fələstinə 40 milyon ayırdı

ABŞ Fələstinə 40 milyon ayırdı

Aktual

7 Aprel 2021, 22:07

ABŞ administrasiyası Fələstinə 40 milyon dollar məbləğində yeni qrant ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb.

 

Bu maliyyə vəsaiti Fələstin administrasiyasının hüquq-mühafizə orqanları və hüquq sistemi üçün nəzərdə tutulub.

 

Məlumata görə, son üç həftə ərzində Ağ Ev Fələstin hökumətinə üç dəfə 10 milyon ABŞ dolları köçürüb. Bu isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Fələstin üzrə siyasətinin kökündən dəyişməsidir. Onda Donald Tramp Fələstinə yardımları dayandırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı