Arxiv
11 Aprel 2021, 09:27 | AKTUAL
Ramazanda sərt karantin olacaq? - VİDEO

Ramazan ayının başlamasına artıq sayılı günlər qalır. Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, son həftələrdə yoluxma sayının 3 minə yaxınlaşması və koronavirusdan vəfat edənlərin sayının artması narahatlıq doğurur. Bu da təbii ki, bəzi təbdirlərin alınmasını zəruri edir.

 

Ekspertlər deyirlər ki, əgər müəyyən qapanmalara gedilməzsə, insanların xüsusilə iftar süfrələrində toplaşmaları yoluxma sayını kəskin şəkildə artıra bilər.

 

Modern.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu il də Ramazan ayı koronavirus təhlükəsinin hələ də davam etdiyi pandemiya şəraitində keçəcək. Gündəlik yoluxma sayı 3 minə yaxınlaşır, ölüm halları hər gün artır. Bu statistikanın Ramazanda daha da artacağı istisna edilmir.

 

Xüsusilə müqəddəs günlərdə dini ayinlərin kütləvi şəkildə icrasına marağın artması başadüşüləndir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Ancaq mövcud vəziyyət insanlardan daha anlayışlı və məsuliyyətli davranmağı tələb edir. O cümlədən, bu müqəddəs ayda evlərdə və ya restoranlarda kütləvi iftar süfrələrinin açılmaması, insanların bir-birləri ilə fiziki ünsiyyətdən müvəqqəti də olsa, qaçmaları tövsiyə olunandır.

 

Hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının pikini yaşadığımız bir dövrdə Ramazanda qapanma olmazsa, yoluxmanın sürətlə artacağı riski var. Ona görə də belə bir risk altında müəyyən qapanmalara gedilməsi istisna olunmur. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il Ramazan ayı dövründə tətbiq edilən qapanma öz effektiv nəticəsini göstərmişdi.

 

Dini ayinlərin icrası insanların sağlamlıqlarını və hətta həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Haci Şahin Həsənli deyir ki, insan sağlamlığı dinimizdə də çox önəmlidir. İnsanlar özlərinin və başqalarının sağlamlıqlarına təhlükə olacaq əməllərdən çəkinməlidirlər.

 

İlahiyyatçı deyir ki, kütləvi toplaşmalar olmasa da, dini ayinlər icra olunacaq və insanlar evlərində rahat şəkildə bu ayinlərə qoşula biləcəklər.

 

Ramazan ayının başlaması bir çox müsəlman ölkəsini də hərəkətə keçirib. Yoluxma sayının artması təhlükəsinə görə Türkiyədə kütləvi sahur və iftar süfrələri açmaq və ümumiyyətlə ölkə üzrə həftəiçi axşam saat 21:00-dan səhər saat 05:00-dək, həftə sonları isə gün ərzində küçəyə çıxmaq qadağan ediləcək. Üstəlik, təravih namazları məscidlərdə qılınmayacaq, kafe və restoranlar qapadılacaq. Səudiyyə Ərəbistanı da məscidlərdə sahur və iftar yeməkləri təşkilini ləğv etməyi düşünür. Misirin Səhiyyə Nazirliyi isə əhalidən Ramazanda ənənəvi ziyarətlərdən və bayramlaşmalardan çəkinməyi tələb edib.

 

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı Ramazan ayında koronavirus infeksiyasının şiddətlənə biləcəyi ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq edib. Bildirilir ki, xüsusilə camaat halında qılınan namazlarda, iftar məclislərində insanların kütləvi toplaşması virusun yayılmasını kəskin şəkildə artıra bilər.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32 Manatın məzənnəsi sabit qaldı 7 May 2021, 17:27 Qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə XƏBƏRDARLIQ 7 May 2021, 17:21 İtkin düşən əsgərin nəşi tapıldı 7 May 2021, 17:16 Şuşanın işğal tarixini necə keçirməliyik? – Vitse-spiker danışdı 7 May 2021, 17:11