Arxiv
11 Aprel 2021, 12:37 | AKTUAL
Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ

Türkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.

 

Modern.az  xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.

 

Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: "Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana "oruc tutma" deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik".

 

 

Xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl həkimlərinə müraciət etmələrinin lazım olduğunu vurğulayan N.Z.Cantürk bildirib ki, ürək xəstəliyi olan insanlar Ramazan ayında yüngül pəhriz ilə yağdakı xolesterol miqdarını azalda bilərlər: "Bu şəxslər qidalanma baxımından Ramazandan yaxşı istifadə edərlərsə, sağlamlıqlarına faydalı ola bilər, ancaq həkimlərinin tövsiyələrini mütləq almalıdırlar. Diabetli xəstələr oruc tuturlarsa, diabetin müddəti və şəkərli diabetin komplikasiyasının olub-olmaması nəzərə alınmalıdır. "Sahurda çox yeyirəmsə, gün ərzində daha asan oruc tutacağam", demək mümkün deyil. Nə qədər şirin, kalorili qidalar yeyirlərsə, bir o qədər çox çətinlik çəkə bilərlər".

 

Professor insanları Ramazan ayında balanslı bəslənməyə səsləyib və iftarla sahur arasında kifayət qədər maye qəbul edərkən gün ərzində çox problem olmayacağını qeyd edib:

 

"İftarda əvvəlcə bir stəkan su içməliyik, o zaman zeytun və ya xurma yeyilə bilər. Xurma liflə zəngin qida olduğundan qan şəkərini tədricən artıracaq, buna görə iftar zamanı sağlamlığımıza müsbət təsir göstərir. İftar zamanı qidanı yavaş-yavaş yeməyimiz lazımdır. Sürətli yeyəndə bədənə zərər verə bilərsiniz. Söhbət orucun faydalarından gedir, amma tövsiyələrə əməl etməsək, orucun xeyirindən daha çox zərəri ilə qarşılaşa bilərik. Ramazan ayında ət istehlakı artır, lakin tərəvəz və digər qidalar da həftənin müəyyən günlərində istifadə edilməlidir", - N.Z.Cantürk əlavə edib.(Publika.az)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Baş Gömrük İdarəsində korrupsiya əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55