Arxiv
13 Aprel 2021, 11:22 | MEDİA
Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir

Bir neçə gün Bakıda davam edən Türk dövlətlərinin media ilə bağlı rəsmilərin müzakirələri birmənalı olaraq mediamızın inkişafına böyük qatqı verəcəyi kimi dəyərləndirilir.

 

Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türk dövlətlərinin mediasının Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı təklifləri bu istiqamətdə daha böyük ümidlər yaradır.

 

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal: “Türk dövlətləri 30 ilə yaxındır ki, müxtəlif sahələr üzrə birgə fəaliyyət göstərir.

 

Lakin media sahəsində əməkdaşlıqları son 10 ildə aktuallaşıb. 2012-ci ildə Ankarada, sonrakı illərdə Azərbaycanda, Qazaxıstanda Türk ölkələri Media Forumları keçirildi.

 

Hətta hər ölkədən təmsilçilərin olduğu icra qurumu da yaradılmışdı. Amma bu gün görünən odur ki, nə həmin təşəbbüslər, nə də yaradılmış icra qurumu uğurlu fəaliyyət göstərib.

 

Bu baxımdan, məsələnin yenidən gündəmə gətirilməsinə zərurət yarandı. Əvvəlcə, format olaraq Azərbaycan və Türkiyə medialarının əməkdaşlıq platforması nəzərdə tutulurdu. İndi isə bu format genişləndirilərək Türk ölkələrinin hamısını əhatə edəcək. 

 

Hazırda ölkələrin müvafiq dövlət qurumları ilə yanaşı, ictimai sektor, media camiəsi də bu prosesə maraq göstərir və bu hal sevindiricidir. Bizim 2012-ci ildə təsis etdiyimiz və bir neçə tədbirini keçirdiyimiz  Türk Dünyası Media Platforması yeni şəraitdə öz fəaliyyətini qurmağı hədəfləyir. 

 

Hesab edirəm ki, informasiya savaşının hədsiz aktuallaşdığı hazırkı dövrdə qarşılıqlı media fəaliyyəti olduqca vacibdir. Həyatın bütün sahələrində olduğu kimi, media sahəsində də dərin işbirliyi və interqasiyaya getmək günümüzün tələbidir. Bu müstəvidə sıraların genişlənməsi hər bir dövlətin maraqlarına cavab verəcək. Bu məsələdə sadəcə,  bir mühüm məqam var. Ortaq xəbər siyasəti həyata keçirərkən ölkələr yalnız öz maraqlarını və problemlərini qabartmamalıdır. Bu gün media dəstəyinə ehtiyacı olan türk toplumları var ki, onların da səsi olmalıyıq. Bu baxımdan, medianın sərbəstliyi, inzibati yönləndirmədən uzaq tutulması lazımdır”.

 

GLOBAL JOURNALİSM COUNCİL-un xarici ölkələr üzrə rəhbəri Elşad Eyvazlı:

 

“Media sahəsində əməkdaşlığın iki ölkə çərçivəsindən çıxarılaraq daha geniş miqyasda nəzərdə tutulması olduqca mühüm addımdır. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın qazandığı Zəfər Türk dünyasında bir hərəkətlənmə yaradıb. Hətta Orta Asiyanın Türk dövlətləri belə inteqrasiyaya əvvəlki dövrlərdən daha çox maraq göstərirlər. Bu maraqların media müstəvisində də birləşdirilməsi hamının xeyrinə olacaq.

 

Qeyd edim ki, beynəlxalq media təşkilatı olan Qlobal Qəzetçilər Konseyi (GJC) yarandığı gündən bu fəaliyyətlərə start vermişdi. Konseyin xətti ilə xarici jurnalistlər iki dəfə Azərbaycanda, həmçinin, işğaldan azad edilmiş ərazilərdə olub. 

 

Hazırda isə biz “MediaTürk” Televiziyasının yayımına hazırlaşırıq.  “MediaTürk” türk dövlət və toplumları arasında gedən inteqrasiya proseslərinə media dəstəyi vermək üçün qurulub.

 

Televiziyanın yaradılmasında məqsəd Türk ölkələrinin yaxınlaşmasına, ortaq xəbər siyasətinin həyata keçirilməsinə töhfə verməkdir:

 

“Biz artıq texniki hazırlığı başa çatdırmışıq, müəllifləri, proqramları müəyyənləşdirmişik. Müəllif proqramlarımız ölkənin tanınmış media simalarının, həmçinin, gənclərin təqdimatı ilə olacaq. Demək olar ki, Türk dünyasının hər yerindən müxbirlərimiz təmsil olunur.  İnanıram ki, bu layihəmiz nəzərdə tutulan media sahəsində əməkdaşlıq işində xüsusi fərqlənəcək.

 

Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Azərbaycan xalqını TƏBRİK ETDİ 8 May 2021, 13:28 Sabah Bakıda yağış, rayonlara isə dolu yağacaq 8 May 2021, 13:20 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO 8 May 2021, 13:14 Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22 Azərbaycandakı talassemiya xəstələrinin sayı AÇIQLANDI 8 May 2021, 12:16 Heydər Əliyev ideyalarının Zəfəri 8 May 2021, 12:11 Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı... 8 May 2021, 12:10 Şəmkirdə həmyerlisini ov tüfəngi ilə öldürən şəxsin işi məhkəmədə... 8 May 2021, 12:05 Musa Yaqub dəfn olundu - FOTOLAR 8 May 2021, 12:00 Əli Əsədovdan QHT-lərlə bağlı QƏRAR 8 May 2021, 11:55 Səfir Aqşin Mehdiyev: “Baydenın bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ 8 May 2021, 11:50 Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat YAYDI 8 May 2021, 11:44 Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı 8 May 2021, 11:38 Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi 8 May 2021, 11:32 Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU 8 May 2021, 11:27 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 8 May 2021, 11:22 Yenidən seçki keçirilsəyi, Əkrəm İmamoğlu səs ala bilərdimi… - Deputat və jurnalist MÖVQEYİ 8 May 2021, 11:17 Millimizin oyunlarının təqvimi müəyyənləşdi 8 May 2021, 11:12 Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi 8 May 2021, 11:06 Şuşanı işağl etmiş erməni generala “qəhrəman” adı verildi 8 May 2021, 11:00 Azərbaycanda əsgər özünü GÜLLƏLƏDİ 8 May 2021, 10:54 Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl məkanlarından birinə çevriləcək 8 May 2021, 10:49 Şəkidə narkotik alverçisi saxlanıldı 8 May 2021, 10:44