Modern.az

Gürcüstan-Azərbaycan münasibətlərində hansı dəyişiklik ola bilər? - Deputat CAVABLANDIRDI

Gürcüstan-Azərbaycan münasibətlərində hansı dəyişiklik ola bilər? - Deputat CAVABLANDIRDI

Aktual

14 Aprel 2021, 10:58

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin aprelin 12-də keçirilən iclasında Qarabağda sülhə nail olunmasının Cənubi Qafqazda təhlükəsizliyə təsiri müzakirə edilib. Komitənin iclası jurnalistlər üçün qapalı keçirilib.


Maraqlıdır, Gürcüstan-Azərbaycan münasibətlərində hansı dəyişiklik ola bilər?


Modern.az
-ın bu sualını Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev cavablandırıb.


Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibəti əsirlərə söykənir və illər keçdikcə daha da güclənir:


“Azərbaycan-Gürcüstan münasibətləri elə-belə qurulmayıb ki, Ermənistanla bağlı hansısa məsələyə görə dəyişiklik olsun. Gürcüstanla dostluq əlaqəmiz əsirlərə söykənir. Gürcüstan-Azərbaycan arasında qonşuluq, strateji, iqtisadi portnyorluq var. Münasibətlərimizi Ermənistanla əlaqələndirmək düzgün deyil. Hətta illər keçdikcə, əlaqələr daha da dərinləşir. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, haqq davasını hər zaman dəstəkləyib. Bundan sonra da belə olacaq”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir