Modern.az

Ucarda ər arvadını ÖLDÜRDÜ

Ucarda ər arvadını ÖLDÜRDÜ

15 Aprel 2021, 10:03

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızı bıçaqlanaraq öldürülüb.

 

Ucar rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə , aparılmış ilkin araşdırmalarla onun əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməsi müəyyən edilib. Bununla da onun Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

 

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qasım Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI