Arxiv
15 Aprel 2021, 11:28 | AKTUAL
İtaliyalı deputatlar Gəncədə olublar

İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər.Qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov və şəhər rəsmiləri qarşılayıblar. Onlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkiblər.

 

Modern.az xəbər verir ki, qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.  Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin qonaqların nəzərinə çatdırılıb ki, eyni hadisə oktyabrın 17-də də ba verib. Bu  terror aktı zamanı isə 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə Gəncə 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb.

 

İtaliya parlamentinin nümayəndələri Ermənistan silahlı qüvvəlləri tərəfindən törədilən terror aktını psiləyiblər. Bildiriblər ki, Azərbaycanda  44 gün ərzində davam edən Vətən müharibəsi zamanı İtaliya höküməti daim ölkəmizi dəstəkləyib.

 

Daha sonra qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər. 

 

Xatırladaq ki, parlament üzvləri Gəncə şəhərindən sonra ermənilər tərəfindən viran edilmiş Ağdam rayonuna gediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:14 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:08 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55 ABŞ İsraildən HƏMAS-la bağlı sübut tələb etdi 17 May 2021, 16:53 Ədliyyə naziri məhkumlarla bağlı statistikanı AÇIQLADI 17 May 2021, 16:50 Şuşadan qayıdan tanınmışlar: “Bu səfərin təəssüratı hər şeyi kölgədə qoydu” 17 May 2021, 16:45