Arxiv
16 Aprel 2021, 15:50 | ÖLKƏ
Ərli qadınların xəyanəti, evli kişilərin şorgözlüyü, sosial şəbəkələrdə gizli yazışma... - Boşanma SƏBƏBLƏRİ

Əvvəllər stereotipləşmiş ənənələrimizə sadiq qalanlar, xüsusilə də qadınlar özünə boşanmış “damğası” vurdurmaq istəməz, nə baş versə də, susub oturardı. Çünki bir vaxtlar Azərbaycanda boşanmış qadınlar barmaqla göstərilər, qınanılmaqdan, yanlış anlaşılmaqdan qorxar, “yumruq yeyib” “ərdəyəm” obrazını “oynayırdılar”.
Amma indi zaman da, insanlar da dəyişib. Hətta 1-2 il nədir, 2-3 ayın evliləri də boşanır. Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2417 boşanma halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5 olub. Səbəblər müxtəlifdir. Ən geniş yayılmışı isə XƏYANƏTDİR.


Əvvəllər daha çox evli kişilərin xəyanəti barədə eşidirdiksə, indi ərli qadınlar da o kişilərdən geri qalmır. Hətta bəziləri “ərim etdi, mən də edirəm” deyib özünə haqq da qazandırır. Təsəvvür edirsinizmi, uşaqlıq dostun, qrup yoldaşın, iş yoldaşın, qardaş dediyin, hər gün çörək kəsdiyin adam bir gün sənin həyat yoldaşınla birgə çəkdiyi məhrəm videosunu sənə göndərir. Allah heç bir bəndəsinə bu ağrını yaşamağı nəsib etməsin, amma bəndələr bir-birinə yaşadır.

Xəyanət hekayələri təxminən bir-birinə bənzəyir. Sonda qadınlar dərman içib özünü zəhərləməyə çalışır, nəhayətdə gözünü “Semaşko”da açır, ailələr arasında gərginlik, boşanma, ortada qalan uşaqlar...

Hər dəfə hörmətli baş toksikoloq Azər Maqsudovdan zəhərlənmələrlə bağlı statistika istəyəndə “görəsən niyə dərman, sirkə içir qadınlar” sualını düşünəmiş deyildim. Bir az fərqli olsa da, əksəriyyətinin səbəbi oxşar imiş: ya xəyanətə uğrayıb, ya da xəyanətkardır!

 

“İndiki ailələr inamsızlıq, şübhələr üzərinə qurulur”

 

Mövzu ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkədə qeydə alınan boşanmaların səbəblərinin getdikcə artdığını deyib:

“Azərbaycanda sərt karantin rejimi tətbiq olunmağa, insanlar saatla evdən çıxmağa başlayanda demişdik ki, bu, boşanmaların artımına səbəb olacaq. Bu, hazırda müşahidə edilən boşanma səbəblərindən yalnız biridir. Pandemiya insanlara təsirsiz ötüşmür, ər-arvad bir yerdə çox olanda həyatlarını yaxşılaşdırmaq yerinə, bəzən gərginləşdirirlər. İş yerlərinin itirilməsi, qapalı mühitdə qalmaq öz yerində. Paralel olaraq, boş vaxtı olanlar onun çox hissəsini sosial şəbəkələrə sərf edirlər. Bu gün nikahların pozulmasına bir səbəb də şübhələrdir, inamsızlıqdır. Əslində pandemiyanı kənara qoysaq, son vaxtlar gənclərimizin inamsızlıqla ailə qurmaları da problemdir. İnanmır, amma deyir sevirəm və evlənəcəm. İndi evlənənlərin əksəriyyəti daim şübhə içərisində qalır. İnsanların bir-birinə inam və etibarı azalıb. Xəyanət də öz yerində. Xəyanətin özünün mahiyyəti daha çox elə bekarçılıqdan kimləsə yazışmaq, başqalarının həyatını dağıtmaqda maraqlı olmaqdır. Bəzi kişilər var ki, bilərək qadın evlidir ona tanışlıq məqsədilə yazır, müxtəlif təkliflər verir. Burada bir insanın digərinin qarşısında məsuliyyət hissinin olmaması, azalması, “mən onun həyatına təhlükə yarada bilərəm”, yaxud “ailəsini dağıda bilərəm” düşünməməsidir. Bəzən real təkliflər də etmirlər, sadəcə vaxt keçirmək, əylənmək istəyirlər. Amma nəticəsini düşünmədən edirlər ki, fəsadları ailənin dağılmasına, hətta boşanmalara qədər gedib çıxır”.

 

“Dəyərlər, ismət, həya itib...”

Qadın hüquq müdafiəçisinin sözlərinə görə, getdikcə sosial rollar dəyişir:

“Qəribəsi də budur ki, əvvəllər kişilər daha çox elə həyat yoldaşının rəfiqəsilə xanımına xəyanət edirdisə, indi rollar dəyişib, hətta qadınlar ərlərinə yaxın olan kişilərlə onu aldadırlar. Əvvəlki kimi qaydalar, qadın və kişi məsuliyyətində normalar dəyişib. Və bu normalar dəyişdikcə də, belə ailə faciələri yaşanır.

Bizə müraciət edənlərin əksəriyyətində boşanma səbəbləri kimlərləsə yazışmalarının yoldaşı tərəfindən aşkarlanması kimi faktlardır ki, ailənin təməlini dağıdır. Yaxud da kimsə məqsədyönlü şəkildə kimisə videoya çəkir, şantaj edir, nəticədə həmin video həyat yoldaşına çatır. Bilirsiniz, əvvəl ismət, həya, abır vardı. Kimsə kiminsə evinə gedəndə qonaq getdiyinin qızına, gəlininə, arvadına bacı deyirdi. İndi bu normalar da dağıdılıb. Söhbət əsla bütün ailələrdən getmir. Əksər kişilər elə belə səbəblərdən haqlı olaraq, evinə kənar kişilərin, dostlarının daxil olmasına icazə vermir, yaxud bu cür qonaqlarını evində qəbul etmir.

Bilirsiniz, ailəyə kənar şəxs daxil olanda istər-istəməz münasibətlərdəki boşluqları tutur və bundan istifadə edir. Əgər şəxs bir qadınla olan münasibətini həmin qadının ərinə göndərirsə, deməli burada məqsəd var. Qisasçılıq var, ailəni dağımaq istəyi, yaxud da fərdlərə məxsus olan hansısa səbəblər var. Amma bu da bir cinayətdir”.

 

“Bunlar sosial cinayətlərdir”

 

Ekspert hesab edir ki, sosial şəbəkələrlə bağlı hansısa addımların atılmasını zaman özü diqtə edir:

“İndiki vəziyyətimizdə mənəvi cinayətlərin sayı artır. Qanunvericilikdə bununla bağlı hansısa məsuliyyət yoxdur. Amma onun törətdiyi mənəvi cinayətin fəsadı bir-iki nəfərə yox, ailələrə, uşaqlara qarşı yönəlik cinayətdir. Bir hal bütün ailə üzvlərini psixoloji təsirə məruz qoyur.

Sosial şəbəkələrlə bağlı hansısa addımların atılmasını zaman özü diqtə edir. Düzdür, kimsə deyəcək bu, fikir azadlığının boğulmasıdır, kimlərsə dəstəkləyəcək. Amma zaman özü qanunvericilikdə nələrinsə yenilənməsinə gətirib çıxarır. Mənə elə gəlir ki, ictimai təfəkkür önəmlidir. Bəzən şəxsi o qədər məhdudlaşdırırlar ki, hansısa informasiyanı görəndə onu doğru hesab edir. İnsanları informasiyanın dürüstlüyünü yoxlamaq kimi vərdişlərə öyrətmək lazımdır. Tutaq ki, sən “Feysbuk”u bağlayacaqsan, amma onun beynində bununla bağlı formalaşan hüceyrələri silə bilməyəcəksən. Ona görə də məhdudiyyət yeni axtarışlarla nəticələnəcək. Yəni insan nə qədər məhdudlaşdırılırsa, bir o qədər azadlığa, istəklərini reallaşdırmağa can atır. Bunlar sosial cinayətlərdir. Bunlarla bağlı müəyyən qərarların qəbuluna ehtiyac var. Ta ki, insan şüuru dəyişməyincə və öz davrnışına nəzarət edə bilməyincə. Ən pisi də qadınları çox qapadıqca, hər görünəni qızıl hesab edirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32