Modern.az

İş günlərinə və karantin rejiminə dəyişiklik edildi - QƏRAR

İş günlərinə və karantin rejiminə dəyişiklik edildi - QƏRAR

19 Aprel 2021, 17:15

Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb. 


Modern.az
xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günlərinin yeri müvafiq olaraq 8 may və 16 may istirahət günləri ilə dəyişdirilib.


Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.


Nazirlər Kabinetinin digər Qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır