Modern.az

Qənirə Paşayeva seçiciləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva seçiciləri ilə görüşüb - FOTO

Aktual

15 Sentyabr 2012, 16:33

Millət vəkili Qənirə Paşayeva deputat seçildiyi  və Ermənistanla həmsərhəd olan, ön cəbhədə yerləşən Əlibəyli kəndində, sonra isə Qovlar qəsəbəsində seçiciləri ilə görüşüb. O, eyni zamanda rayonda üzümçülük təsərrüfatı ilə məşğul olan seçiciləri ilə də  görüşüb, onların üzləşdiyi problemlərlə maraqlanıb və təkliflərini dinləyib. Kənd sakinləri millət vəkilinə məhsul satışı, saxlanması və daşınması ilə bağlı üzləşdikləri bəzi çətinliklər barədə məlumat veriblər və onların həlli istiqamətində dəstək göstərməsini xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva onlarla geniş müzakirə və fikir mübadiləsindən sonra üzümçülüklə məşğul  olan kənd sakinlərinə yığdıqları məhsulun satışı, saxlanması və daşınması ilə bağlı üzümçülüklə məşğul olan sakinlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində müvafiq qurumlara müraciət edəcəyini və onları narahat edən məsələləri parlamentdə qaldıracağını deyib.
Qənirə Paşayeva seçiciləri narahat edən  bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov yeni şəhər statusu qazanmış Qovlar  şəhərində yeni salınan və şəhər sakinlərinin istifadəsinə verilən parkı ziyarət ediblər.

Məlumat verilibmişdir ki, Qovlar şəhər parkı Tovuz rayonunda aparılan quruculuq-abadlıq işləri çərçivəsində yenidən qurulmuşdur və 2011-ci ilin iyun ayından aparılan təmir-bərpa işləri 7-8 ay ərzində başa çatdırılmışdır.  Qeyd edilmişdi ki, Qovlar şəhərinin mərkəzində yerləşən və 4,8 ha sahəni əhatə edən parkda çoxlu sayda gül, ağac kolları və şam ağacları əkilmiş, şəhər sakinlərinin asudə vaxtlarını yaxşı keçirmələri üçün hərtərəfli şərait yaradılmışdır.   Millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov həmçinin Tovuz şəhərində şəhər sakinlərinin istifadəsinə verilən şəhər parkını da ziyarət ediblər. Qeyd edək ki, şəhər parkı rayonda aparılan quruculuq-abadlıq işləri çərçivəsində yeni salınıb. 15 mindən artıq qızılgül kolunun və minlərlə ağacın olduğu park respublikanın ən böyük parklarından biridir. Burada rayon sakinlərinin asudə vaxtlarını yaxşı keçirmələri üçün hərtərəfli şərait yaradılmışdır.




Mail Ağaxanov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!