Arxiv
20 Aprel 2021, 11:24 | ÖLKƏ
Keçmiş icra başçısının istintaqı yekunlaşdı – Məhkəməsi olacaq

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.


Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki,  Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə edib. Belə ki, müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil  və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb. Habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub. 

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri - Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş  maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilibş, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

 Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32 Manatın məzənnəsi sabit qaldı 7 May 2021, 17:27 Qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə XƏBƏRDARLIQ 7 May 2021, 17:21